Reklam

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Kǝlbəcǝrdə vətəndaşları qəbul edib. Dalidag.az xəbər verir ki, bu barədə Dövlət Komitəsindən bildirilib. Məlumata görə, qəbul zamanı edilən müraciətlər arasında psixoloq xidmətinin təşkili, uşaqlar üçün qayğı mərkəzlərinin fəaliyyəti, məşğulluq və işlə təmin olunma, uşaqların sağlamlığının təminatının gücləndirilməsi, eləcə də qadınların kiçik sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı məsələlər yer alıb. Hər

Kəlbəcər sakinlərinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə səyyar tibbi xidmət təşkil olunub. Dalidag.az -ın xəbərinə görə, səyyar tibbi xidmətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti iştirak edib. Müayinələr zamanı terapevt, cərrah, pediatr, mama-ginekoloq, kardioloq, otorinolarinqoloq, nevropatoloq, stomatoloq, nefroloq, endokrinoloq, USM mütəxəssisi və laborant tərəfindən zəruri tibbi xidmətlər göstərilib. Dalidag.az

Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının X konfransı keçirilib. Dalidag.az -ın xəbərinə görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konfransda Yeni Azərbaycan Partiyası Kəlbəcər

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Yevlax şəhərində Yevlax şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və Kəlbəcər RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər

Gəncə şəhərində kəlbəcərli məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbədə təhsil alan şagirdlərin iştirakı ilə Böyük Qayıdışa həsr olunmuş fləşmob keçirilib. Dalidag.az xəbər verir ki, məktəblilər Qarabağda təhsil almaq arzularını və qayıdış sevincini ifadə edən sloqanlar səsləndiriblər. Fləşmobun sonunda məktəblilər “Təhsilimizlə qayıdırıq!” şüarını səsləndirərək, doğma Kəlbəcərə qayıtmağa və orada təhsillərini davam etdirməyə hazır olduqlarını nümayiş etdiriblər. Dalidag.az

2022-ci ilin sentyabr ayının 12-də Laçın rayonunun Qaragöl ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Erməni Silahlı Birləşmələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuş leytinant Şirinov Ömər Muğan oğlunun məzarı ziyarət edilib. Dalidag.az -ın xəbərinə görə, tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Əməkdaşları , YAP- Kəlbəcər rayon təşkilatı kənd inzibati ərazi icra üzrə nümayəndəliyinin əməkdaşları və şəhid ailələri iştirak edib. Şəhidlərimizin

Jurnalist, Kəlbəcər rayonunun Mollabayramlı kənd sakini Ədil Oruclunun qardaşı Muğan Orucov 52 yaşında dünyasını dəyişib. "Dalidag.az" xəbər portalı və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) Kəlbəcər bölməsi olaraq başda Ədil bəy olmaqla, mərhumun bütün doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyirik. Allah rəhmət eləsin!

Sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcər rayonunda növbəti Bal Festivalı keçirilib. Dalidag.az -ın xəbərinə görə, Festival IDEA İctimai Birliyi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycan Respublikası

Kəlbəcər rayonunun Zar kəndində tikinti işləri yekunlaşmaq üzrədir və yaxın zamanda kəndə köçün başlanması nəzərdə tutulur. Dalidag.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Zar kəndində 547 fərdi ev, 100 yerlik uşaq bağçası və 528 şagird yerlik məktəb inşa edilib. Bəşir Hacıyev diqqətə çatdırıb ki, tikinti işləri tam başa çatdıqdan sonra kəndə köç prosesi həyata keçiriləcək:

Kəlbəcər şəhərində üç yeni yaşayış məhəlləsinin tikintisinə gələn il başlanılması nəzərdə tutulur. Dalidag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib. O bildirib ki, hazırda layihələr yekunlaşaraq ekspertiza mərhələsindədir. Qeyd olunub ki, ikinci yaşayış məhəlləsi 182, üçüncü yaşayış məhəlləsi 476, dördüncü yaşayış məhəlləsi isə 870 mənzildən ibarət olacaq. Bəşir Hacıyev deyib ki, yaşayış
Yazı axını
18 / 09 / 2026
18 / 09 / 2026
18 / 09 / 2026
17 / 09 / 2026
17 / 09 / 2026
16 / 09 / 2026
15 / 09 / 2026
15 / 09 / 2026
15 / 09 / 2026
14 / 09 / 2026
14 / 09 / 2026
13 / 09 / 2026
13 / 09 / 2026
12 / 09 / 2026
12 / 09 / 2026
12 / 09 / 2026
12 / 09 / 2026
11 / 09 / 2026
11 / 09 / 2026
10 / 09 / 2026
10 / 09 / 2026
08 / 09 / 2026
Ən çox oxunanlar



























