Bu g ün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Dalidag.az xəbər verir ki, bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan “Azadlıq”da (keçmiş Lenin meydanı - red.) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı.

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. Dalidag.az xəbər verir ki, Milli Qəhrəman bu gün müalicə olunduğu Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki, bir müddət əvvəl E.Əliyevin səhhətində ciddi problemlər yaranmışdı. O, oktyabrın 18-də Yeni Klinikaya yerləşdirilmişdi. Vəziyyəti daha da ağırlaşdığına görə Milli Onkologiya Mərkəzinə köçürülmüşdü. O, son günlər süni

Azərbaycan Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. Dalidag.az nazirliyin mətbuat xidmətinə istinadla həmin videoçarxı təqdim edir:

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, 525-ci qəzet"in baş redaktoru, şair, jurnalist Rəşad Məcidin anası Yavər xanım 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədidə dəfn olunacaq, 3-7 yas mərasimi isə Bakıda keçiriləcək. Allah rəhmət eləsin! Dalidag.az

Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, hərbi hissələrdə effektiv profilaktik tədbirlərin görülməsi sayəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısı alınır. Gənc əsgərlərin valideynlərindən, eləcə

(Zülfi Bayram oğlu Əmrəliyevin əziz xatirəsinə...) Bir vaxtlar eyni sinifdə oturardıq, eyni yollarla gedər, eyni xəyalları qurardıq. O günlərdə heç ağlımıza da gəlməzdi ki, bir gün bu yolların birində ayrılıq dayanacaq... İlk ayrılıq Başlıbelin işğalı ilə başlandı. Amma tez toparlandıq, yenidən bir araya gəldik. Uşaqlığımızdan bu günə qədər uzanan dostluğumuzun bu qədər tez bitəcəyinə inanmaq çətindir. İllər keçdi, çox şey dəyişdi, amma dostluğumuzun xatirələri dəyişmədi. İndi sən yoxsan...

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Dalidag.az bildirir ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və

Bu gün Azərbaycan tarixinin ən şanlı, ən qürurlu günüdür. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı düşmən işğalından azad edərək xalqımıza Zəfər sevincini yaşatdı. Bu Zəfər şəhidlərimizin qanı, qazilərimizin canı, xalqımızın birliyi hesabına qazanıldı. Biz Kəlbəcərlilər üçün bu Zəfər həm də doğma yurdumuza qayıdışın müjdəsi oldu. Bu gün Kəlbəcər yenidən qurulur, yenidən dirçəlir, qayıdış artıq reallıqdır. Bu əlamətdar

Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir. Dalidag.az xatırladır ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. Dalidag.az xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Bundan başqa, qanun layihəsinə əsasən, məcburi köçkünlər 1994-cü il iyunun 1-nə qədər mülkiyyət hüququ əsasında əldə etdikləri şəxsi minik avtomobillərinin texnikibaxışı, texniki pasportlarının,
Yazı axını