Azərbaycan Yazıçılar Birliyi (AYB) 2027-ci ilə qədər quruma üzv olmaq üçün edilən müraciətlərə baxılmayacaq. Dalidag.az xəbər verir ki, bu barədə qaynarinfo-ya AYB-nin əməkdaşı Xəyal Rza məlumat verib. Onun sözlərinə görə, bu qərar birliyin qəbul komissiyası tərəfindən verilib. "5 il ərzində üzvlük haqqını ödəməyən şair və yazıçıların Yazıçılar Birliyindən xaric edilməsi ilə bağlı qərardan sonra üzvlük haqlarının ödənilməsində canlanma müşahidə olunur. Üzvlük haqqı ildə bir dəfə ödənilir. Biz

Şair Əşrəf Veysəlli vəfat edib. Bu barədə Azərbaycan Yazıçılar Birliyinin Poeziya bölməsinin rəhbəri, şair İbrahim İlyaslı məlumat verib. O bildirib ki, Əşrəf Veysəlli bu gün "Sumqayıt Hospital"da vəfat edib. Qeyd edək ki, Əşrəf Veysəlli 1938-ci ildə Füzulinin Yuxarı Veysəlli kəndində anadan olub. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. Təhsilini başa vurduqdan sonra Sumqayıtda işləməyə başlayıb, o vaxtdan da bu şəhərdə yaşayıb. Ötən əsrin 50-ci illərindən ədəbi

Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib. Dalidag.az xəbər verir ki, tanınmış aktyor İstanbulda yerləşən "Memorial” xəstəxanasında dünyasını dəyişib. Məlumata görə, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindın və yüksək şəkərdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!

Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Xalq şairi Fikrət Qocanın adı verilib. Dalidag.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Digər qərarla Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Azərbaycanın Xalq artisti Elza İbrahimovanın adı verilib. Dalidag.az

Xalq artisti Brilliant Dadaşova və AISELin ifa etdiyi “Ayrı düşmüşük” mahnısı gürcü ifaçı tərəfindən mənimsənilib. Dalidag.az xəbər ver ki, bu barədə Xalq artistinin özü məlumat verib. O, ifa etdiyi mahnının oğurlandığını iddia edib və əlavə edib ki, məsələ ilə bağlı artıq aidiyyəti qurumlara müraciət edilib: “Müəlliflik hüquqları ilə bağlı artıq aidiyyəti qurumlara müraciət etmişik. Mahnı həm Gürcüstanın televiziya kanallarında, həm də sosial şəbəkələrdə gürcü musiqisi kimi təqdim olunub”.

Mədəniyyət Nazirliyi bir sıra yazıçı və nəşriyyatla yeni alqı-satqı müqavilələri bağlayıb. Dalidag.az xəbər verir ki, İqtisadiyyat.az-ın məlumatına görə, müqavilələrdə həmin yazıçılara və nəşriyyatlara məxsus müxtəlif nəşrlərin (kitabların) satın alınması nəzərdə tutulur. Qeyd edilib ki, bu alqı-satqı nazirliyin kitabxana fondunun oxucuların tələbatına uyğun yeni nəşrlərlə zənginləşdirilməsi və komplektləşdirilməsi məqsədi daşıyır. Qələm adamları ilə bağlanılmış müqavilələrdə tanınmış şəxslərin

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır stabildir. Dalidag.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Mərkəzi Klinikadan məlumat verilib. Bildirilib ki, Nəriman Həsənzadənin Reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir: "Xronik böyrək çatışmazlığı kəskinləşməsi diaqnozu ilə hemodializ proseduru icra edilir. Vəziyyəti ağır stabil qiymətləndirilir". Dalidag.az

AzTV-nin çəkiliş qrupu xanəndə Xan Şuşinskinin ata ocağında olub. Dalidag.az xəbər verir ki, süjetdə qeyd olunub ki, Ballıcadakı bu evdə sənətkarın uşaqlıq dövrü keçib. Uzun illər Şuşada yaşasa da, hətta Şuşada dünyaya gəldiyi deyilsə də, bu məkanın nəfəsi, bu torpağın avazı onun səsində daim yaşayıb. Xan Şuşinski Pənahəli xanın nəvəsi, Məhəmməd bəy Cavanşirin nəticəsi Aslan Ağa Cavanşirin oğludur. Binaya diqqət yetirdikdə müdaxilələri görmək mümkündür. Lakin nə etsələr də, bu evin keçmişinin

İtaliyanın Milan şəhərində keçirilən beynəlxalq idman kinofestivalı - FİCTS-də Arzu Urşanın “Arzunun ardınca” (Following the Dream) filmi "Sənədli film - Fərdi idman" (Documentary – İndividual Sport) kateqoriyasının qalibi olub. Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin dəstəyi ilə çəkilmiş və avqustun 8-də Bakıda təqdimatı keçirilmiş sənədli film alpinist Elmira Aslanovanı Everest zirvəsinə aparan yoldan bəhs edir. Dalidag.az

Xalq artisti Əminə Yusifqızı vəfat edib. Dalidag.az xəbər verir ki, bu haqda Xalq artistinin yaxınları məlumat verib. Qeyd edək ki, Əminə Yusifqızı 24 sentyabr 1936-cü ildə Bakıda anadan olub. 10 il Dram Teatrında, 1974-cü ildən isə "Azərbaycanfilm" kinostudiyasında çalışıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında fəaliyyət göstərib. Onun dublyaj, səsləndirmə sahəsində də fəaliyyətləri mövcuddur. Bədii qiraət ustası kimi tanınıb. 1998-ci ildə
Yazı axını